20 yanvar 2020 21:27
1292

Tənzilə Narbayeva Özbəkistan Ali Məclisi Senatının sədri seçilib

Yanvarın 20-də yeni seçilmiş Özbəkistan Ali Məclisi Senatının birinci iclası keçirilib.

İclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək senatorları təbrik edib, onlara uğurlar arzulayıb.

Tənzilə Narbayeva gizli səsvermə ilə yenidən Özbəkistan Ali Məclisi Senatının sədri, Sadıq Safayev sədrin birinci müavini, Musa Erniyazov və Zayniddin Nizamxocayev müavin seçiliblər.

Xatırladırıq ki, yanvarın 16-17-də Senata keçirilən seçkilərdə 84 senator seçilib. Bir gün sonra isə qanunvericiliyə uyğun olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 16 senator təyin edib. Beləliklə də 100 senatordan ibarət Senat tam formalaşıb.