30 noyabr 2020 20:02
1364

Terrorçu Ermənistana dəstək insanlığa vurulan ləkədir 

 Fransız yazarların ermənilər haqqında söylədikləri həqiqətlər və senatorların  tarixi hadisələrə  qərəzli yanaşması

          Dağlıq Qarabağ münaqişəsi başlanan gündən erməniləri dəstəkləyənlərin  önündə gedən Fransa istər fərdi qaydada, istərsə də ATƏT-in Minsk qrupunun həmsədri  kimi terrorçu Ermənistanı həmişə müdafiə edib. Bugünlərdə Fransa Senatında beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, təşkilatın  qəbul etdiyi  qətnamələrə, Helsinki Yekun Aktına zidd olan  «Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti» adlı  qətnamənin qəbulu rəsmi Parisin separatizmə  dəstəyinin növbəti ifadəsidir.

  Sentyabrın 27-dən etibarən başlayan İkinci Qarabağ döyüşləri,  Azərbaycanın torpaqlarını azad etmək uğrunda apardığı  mübarizə ilə bağlı  30-a yaxın  xarici KİV-lərə müsahibəsində  Ermənistanın  işğal altında saxladığı  ərazilərimizdə  törətdikləri hərbi, ekoloji, mənəvi  terrorlar haqqında faktlara, məntiqə əsaslanan açıqlama verən Prezident İlham Əliyev Fransanı təmsil edən jurnalistlərə də  mövcud vəziyyət barədə  danışıb. Qətnamənin   müzakirəsindən  bir gün öncə  Senatın dinləmə prosedurlarına  uyğun olaraq  Senat üzvləri qarşısında  çıxış edən Azərbaycanın Fransadakı səfiri gündəliyə çıxarılan sənəddə əks olunan məlumatların həqiqətə əsaslanmadığını bildirmişdir. Buna baxmayaraq, Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsindən qəzəblənən Fransanın prezidenti Emmanuel Makronun təşəbbüsü ilə  heç bir əsası olmayan  bu sənədin qəbulu özünü demokratiya beşiyi adlandıran Fransanın Türkiyəyə, Azərbaycana, İslam dininə qarşı  fobiyasının ifadəsi kimi təəssüf doğurur. Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsində rolu olan Natali Qulinin qeyd etdiyi kimi, Dağlıq Qarabağın xəritədə yerini bilməyənlərin, 30 ildə  işğalçı Ermənistanın törətdiyi vəhşiliklərdən xəbəri olmayanların bu sənədin qəbuluna səs verməsi qətnamənin  həqiqətə əsaslanmadığını  göstərir. Qətnamənin qəbuluna səs verən senatorların bir neçəsinin sonradan səslərini geri götürməsi də bunu təsdiqləyir. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrində  çıxış edən dövlət katibi də ölkəsinin rəsmi mövqeyini ifadə edib. Məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfiri Zakari Qross Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət edilərək etiraz notası təqdim olunub.

 Bildirilib ki, senatorlar qərəzli  qətnamələr qəbul etmək əvəzinə bölgədə sabitliyə, tərəqqiyə xidmət edəcək məsələləri müzakirə etsələr daha yaxşı olardı.

           Bu deyilənlər   həqiqətdən kənar və terrora dəstək  olan

 qətnaməyə rəsmi münasibəti əks etdirən mövqeni ifadə edir.  Əslində İkinci Qarabağ müharibəsinin davam etdiyi,  bir çox dövlətlərin Azərbaycanın  işğalçıya qarşı müharibədə qazandığı uğurlara dəstək verildiyi bir məqamda həmsədrlik fəaliyyətinə kölgə salan Fransada belə bir sənədin qəbuluna ehtiyac vardırmı?

 Sualın  cavabı birmənalıdır: Xeyr. Çünki  Milli Ordumuzun  rəşadətli döyüşləri nəticəsində  1988-1994-cü illərdə işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış və heç bir dövlət tərəfindən tanınmayan «Dağlıq Qarabağ respublikası» adlı oyuncaq qurumun mövcudluğuna  2020-ci ilin noyabr ayında son qoyuldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç bir statusdan, müstəqillikdən söhbət gedə bilməz. Senatın qərəzli qətnaməsi ilə əlaqədar Milli Məclisdə qəbul olunmuş bəyanatda qeyd edildiyi kimi, son günlərdə tutduğu mövqe  və  verdiyi bəyanatlarla bitərəfliyini şübhə altına alan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması ədalət naminə vacibdir.  İnamı  doğrultmayan, birtərəfli mövqe tutan  dövlətin vasitəçi olması  həmsədrlik institutunun prinsiplərinə ziddir.

 Belə bir sual yaranır: Beynəlxalq terrora qarşı mübarizənin aparıldığı  indiki zamanda Fransanın  dövlət siyasətinin əsasını terror, faşizm, nasizm təşkil edən Ermənistana  məhəbbəti nədən və haradan qaynaqlanır?

         Tarixdən bəllidir ki, əsrlərlə  Fransa hərbçiləri  müstəmləkə altında saxladıqları  Afrika ölkələrində –Əlcəzairdə, Tunisdə, Çadda,  Ruandada, Qvineyada … soyqırımlar törətmiş, yerli əhalinin azadlıq uğrunda mübarizəsini qanla  yatırmışlar.  Azadlıq uğrunda mübarizə aparan afrikalıların kəsilmiş başlarının fransız hərbçilərinin əlində   oynadılması erməni xislətinə çox yaxındır. Həmin ölkələrin sərvətlərini talan edən,  qızılını, uranını daşıyan, mənəvi dəyərlərini yox edən,  genosid siyasət yeridən Fransaya Ermənistanın faşizmə sadiqliyi, qəddarlığı, barbarlığı daha yaxındır.  Əhalisinin əksəriyyətinin müsəlman olduğu bu coğrafiyada  hərbi bazalarını yerləşdirən Fransanın iqtidarlığını itirmək qorxusu Makronda İslama qarşı  nifrət yaradıb.

  Amma erməni xislətini, hiyləgərliyini yaşadıqları dövrdə belə təhlil edib bu toplum haqqında ümumi fikir söyləyən tarixi  şəxsiyyətlərin yekdil rəyi budur ki, anadangəlmə  xəstə təfəkkürə malik daşnaklar fikirlərini, niyyət və duyğularını gizli saxlayan , yalançı, məkrli, nankor, milli  xüsusiyyətlərində yaxşılıq adlı  keyfiyyətin olmadığı  yaramazlar, qeyri-insani yaratıqlardırlar. Ermənilərə  milli keyfiyyətlərinə uyğun qiymət verənlər arasında fransızlar da az deyildir.

XIX əsrin fransız səyyahı  qraf Arman Pyer de Şölyenin dediyi kimi, onlarla dil tapmaq mümkun deyil. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca  dözülməz,  əclaflığı olduqca təəssüfləndiricidir. 1920-ci ildə Ermənistandan yenicə qayıdan Fransanın Qafqaz üzrə ali komissarı  Daien De Martel yazırdı: «İyun   ayının axırlarında  erməni qoşunları 40 mindən artıq azərbaycanlının yaşadığı İrəvanın cənubundakı 25 kəndi mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hansısa müstəqillik iddiasında olmayan bu sülhpərvər əhali həmişə  sakit həyat tərzi sürüb. Onları top atəşi ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə  qısa müddətdə gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı  erməni əsgərləri tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 min azərbaycanlı  Araz çayına atılaraq öldürülüb.»

Ermənilər üçün müqəddəs heç nəyin olmadığını  bildirən fransız alimi De Ban qeyd edirdi ki, erməni kilsəsi həmişə saxta pul düzəldənlərin yuvası olmuşdur: «Bu monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaradır.» Bu həqiqəti  bugünlərdə  əli silahlı erməni keşişin yayımlanan şəkilləri də təsdiqləyir.

Xocalı  soyqırımının şahidi olmuş fransız jurnalist Jan İv Yunet yazırdı ki, 5-6 yaşlı uşaqları  vəhşicəsinə qətlə yetirən ermənilər qəddarlıqları, vəhşilikləri ilə  faşistləri geridə qoymuşdular: « Növbəti kəndi zəbt edərkən bir erməninin sağ-salamat uşağı götürüb iki yerə  böldüyünü gözlərimlə gördüm. Sonra həmin bədənin bir hissəsi ilə  ananın sifətinə, başına  o qədər  döydü ki, övladının al-qanına bulaşmış qadın havalanıb gülməyə başladı.»

Fransanın «Liberation» qəzetinin əməkdaşı  Jül Gen Vayner yazırdı: «Xocalıda baş verənlər qabaqcadan hazırlanmış ssenari  üzrə həyata keçirildi.   Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir  alınaraq kütləvi şəkildə  güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə  saat əvvəl  366-cı alayın qərargahında  58 azərbaycanlı  qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Meyitlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Oradan dözülməz meyit iyi gəlir, itlərin çaqqalların səsləri eşidilirdi… Ermənilər Xocalıda qətlə yetirdikləri 100 nəfəri yanaşı düzərək körpü düzəltdilər. Mən meyitlərin üzərindən keçdim. Ayağımı körpə  bir uşağın sinəsinə qoyanda elə titrədim ki,  fotoaparatım, qələmim yerə düşdü, qana boyandı. Özümü tamam itirdim. Bütün bədənim əsirdi.

 Erməni əsilli Fransa jurnalisti Berain Siracyan «Hücumdan əvvəl» məqaləsində yazır: «Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində  düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki,  bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik.»

 Bunlar bir neçə fransızın ermənilər haqqında yazdıqları qısa  nümunədir. Başqa xalqların, rusların insana qarşı nifrətini genetik xüsusiyyət kimi yaşadan ermənilər haqqında belə «qiymətləndirmələr» çoxdur.  Bu qaniçən  milləti dəstəkləyənlər çox guman ki,  eyni xislətə malik olanlardır. Öz millətini təmsil edən yazarların ermənilər haqqındakı  qeydlərindən  Fransanın prezidenti Emmanuel Makronun xəbərsiz olması da inandırıcı deyil.  Parisin Orli aeroportunda  insan ölümü ilə nəticələnən terrorçu Varujan Karapetyanı heç nə olmamış kimi Ermənistana təhvil verən Fransa rəsmiləri  Xocalıda  bir gündə 613 nəfəri qətlə yetirən, bir şəhəri yandıran, yox edən ermənilərə nə məqsədlə dəstək göstərir. Bəşəriyyətin ən  qiymətli sərvəti olan insana qiymət vermək, hörmət göstərmək elə  insanlığın birinci şərtidir. Senatda  «Dağlıq Qarabağın müstəqilliyi»nin tanınması ilə bağlı qərəzli   qətnaməni qəbul edənlərə  sözümüz budur ki,  Qərbi Azərbaycandan qovulan, deportasiyaya məruz qalan  200 mindən artıq azərbaycanlının da doğma yurduna qayıtmaq, müstəqil respublika yaratmaq haqqına da hörmətlə yanaşsınlar.

1992-ci ildəki  Xocalı  faciəsi  faşistlərin törətdikləri  Xatun soyqırımı ilə müqayisə  olunur. 44 gün davam edən müharibədən sonra Azərbaycan Ordusunun azad etdiyi  Ağdamdakı, Füzulidəki, Cəbrayıldakı… dağıntılar, ermənilərin ərazini tərk edərkən  yox etdikləri şəhər  və kəndlər  İkinci Dünya müharibəsindən sonra  baş verən Xirosima və Naqasakidə atom bombasının yaratdığı mənzərəni xatırladır.  Kağız parçasından fərqi olmayan qətnaməyə  səs verənlərin  ermənilərin dağıtdıqları, tanınmaz hala saldıqları bu kəndlər, o şəhərlər haqqında  məlumatları vardır.  Ermənilərin Gəncəyə, Bərdəyə  atdıqları raketlər nəticəsində  qətlə yetirilən  uşaqların qana boyanmış üzləri də  Makrona,   Fransa Senatında təmisl olunanlara təsir etmədi.

Amma yuxarıda qeyd olunduğu kimi, vaxt gələcək ermənilər kimi, onu dəstəkləyənlər də tarix və vicdanları qarşısında hesab verməli olacaqlar.

Xuraman İsmayılqızı,

«İki sahil»