Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
02 oktyabr 2020 01:38
324

Tərtərdə onlarla ev, ticarət və iaşə obyektləri dağıdılıb

Ermənistan silahlı qüvvələri Tərtərdə rayon mərkəzini, qəsəbə və kəndləri, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, oktyabrın 1-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində, rayonun Şıxarx qəsəbəsində, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində, Yuxarı Qapanlı, Əskipara, Seydimli kəndlərində və ya zərər çəkib.

Həmçinin infrastruktura, kənd təsərrüfatı texnikalarına ziyan dəyib, mal-qara tələf olub.

AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun Tərtər rayonunda çəkdiyi fotoları təqdim edirik.