23 yanvar 2020 18:35
1436

Teymur Rəcəbov Sergey Kiriyenko ilə görüşüb

Şahmat üzrə dünya kubokunun qalibi Teymur Rəcəbov və rusiyalı həmkarı Sergey Karyakin Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dünya kubokunda qələbə münasibətilə Teymur Rəcəbovu təbrik edən S.Kiriyenko Azərbaycan şahmatçısına iddiaçılar turnirində uğurlar arzulayıb.

Dünya kubokunda qələbə sayəsində iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbov mötəbər yarışda iştirak edəcək səkkiz şahmatçı sırasındadır. Şahmatçımız hazırda Moskvada təlim-məşq toplanışındadır.

Yekaterinburqda təşkil olunacaq iddiaçılar turniri martın 15-də start götürəcək.