05 fevral 2019 20:19
192

“The Guardian” nəşri robot tərəfindən yazılan ilk məqaləni dərc edib

“The Guardian” nəşrinin Avstraliya versiyasının saytında dünyada robot tərəfindən yazılmış ilk məqalə dərc olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “ReporterMate” adlı robot nəşrin jurnalisti Nik Eversxed və proqramçılar qrupu tərəfindən birgə yaradılıb. Alqoritm böyük həcmli məlumatları emal edə, onları axtarıb tapa və artıq hazır mətn şablonlarına yerləşdirə bilər.

N.Eversxed qeyd edir ki, “ReporterMate” jurnalistləri tam əvəz etməyə qadir deyil, ancaq o, araşdırmalar zamanı böyük məlumatların təhlili ilə daha dəqiq işləyəcək. Bu isə jurnalistlər tərəfindən tez-tez yol verilən riyazi səhvlərin qarşısını alacaq.

Jurnalistin sözlərinə görə, süni intellektin müstəqil şəkildə böyük həcmli material hazırlaması hələ ki, real səslənmir.