21 yanvar 2021 14:01
967

"Tik-tok" "İnstagram"ı üstələdi

İnstaqram sosial şəbəkəsinin baş icraçı direktoru Adam Mosseri “Tik-tok”la bağlı maraqlı açıqlama verib.

"İki sahil" Türkiyə mətbuatına istinadən bildirir ki, Adam müsahibələrindən birində, hər iki sosial şəbəkəni müqayisə edərək “Tik-tok”un qısa video formatına görə İnstaqramdan üstün olduğunu deyib.

Mosseri bildirib ki, "İnstagram"ın məhs “Tik-Tok”dan ilhamlanaraq “Reels” qısa müddətli video xidmətini təqdim etməsi də istifadəçiləri kifayət qədər qane etməyib.

Qeyd edək ki, "İnstagram" “Tik-Tok"un rəqibi “Reels”i ötən ilin avqustunda istifadəçilərin ixtiyarına verib.