07 avqust 2019 17:57
210

Tokioda avqustda istilər nəticəsində 39 nəfər ölüb

Tokio polisinin yaydığı məlumata görə, avqustun ilk altı günündə istilər nəticəsində Yaponiya paytaxtında ən azı 39 nəfər ölüb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, vəfat edənlərin 90 faizi 40-90 yaşında insanlardır və onlar qapalı yerdə olmalarına baxmayaraq, günvurmanın təsirinə məruz qalıblar.

Bildirilir ki, belə hallardan yalnız birində kondisionerin işlədiyi qeydə alınıb.

İyulun 7-də bütün Yaponiya ərazisində isti hava hökm sürüb. Bir çox rayonlarda termometrin civə sütunu 35 dərəcə Selsidən yuxarını göstərib.

Mütəxəssislər əhaliyə günəşdən qorunmağı, çoxlu su içməyi və kondisionerdən istifadə etməyi məsləhət görürlər.