08 avqust 2020 23:06
811

Tokioda koronavirusa daha 429 yoluxma halı qeydə alınıb

Tokio paytaxt hökumətinin yaydığı məlumata görə, avqustun 8-də saat 15:00-a olan son məlumata görə, paytaxtda koronavirusa 429 yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bununla ikinci gündür Tokioda koronavirusa yoluxanların sayı 400 nəfəri ötür. Bu, eyni zamanda, paytaxtda yoluxma hallarının 200 nəfəri keçdiyi ardıcıl 12-ci gündür.

Tokioda, ümumilikdə, koronavirusa yoluxanların sayı 15 min 536 nəfər təşkil edib.

Paytaxt hökuməti sakinləri virusa münasibətdə yüksək diqqət nümayiş etdirməyə və sanitar-gigiyena qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, həmin gün bütün Yaponiya üzrə koronavirusa 1564 yoluxma halı qeydə alınıb.