22 noyabr 2019 17:09
864

Toqquşmalarda iki nəfər ölüb

Bağdadda nümayişçilərlə polis arasında baş verən qarşıdurmalarda azı 2 nəfər ölüb, daha 22 nəfər yaralanıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Reuters"in məlumatına görə, İraq təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, nəticədə bir nəfər güllələnib. Daha bir nümayişçi isə izdihamı dağıtmaq üçün polis tərəfindən istifadə edilən gözyaşardıcı qazdan ölüb.