18 sentyabr 2020 22:25
1068

Torpağın «ağ qızıl» bəhrəsi

YEVLAXDA PAMBIQ YIĞIMINA START VERİLDİ

          Ürəyimə dammışdı. Son vaxtlar elə hey fikirləşirdim ki, Yevlaxım təzə libas geyinməli, təravətlənməlidir. Elə belə də oldu. Və biz buna ölkə başçısı, hər birimizin dəyər verdiyimiz, böyük məhəbbətlə sevdiyimiz, həmişə yanında olduğumuz cənab İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə nail olduq. İnsan arzu etdiklərinin həyata keçdiyini görəndə, yaşayıb yaratdığı şəhərin pərvazlandığını duyanda, hər bir vətəndaşa göstərilən qayğının şahidi olanda, ölkə başçısının əhalinin sosial-rifah halının yaxşılaşdırılması tələblərinin operativ yerinə yetirilməsini seyr edəndə istər-istəməz ruhlanır, ürəyindəkiləri bölüşməyə ehtiyac duyur.

          Budur, Səmədəbad kəndində fermer Həsən Əhmədovun pambıqçılıq sahəsindəyik. Bax, elə indicə, «MKT-İK» MMC-nin Yevlax filialının baş aqronomu Zirəddin Həsənovun işarəsi ilə sürücü-mexanizator Famil Həsənovun idarə etdiyi yüksək məhsuldarlıqlı «Jonder» markalı pambıqyığan maşın işə düşəcək, bunker bəyazlığı göz oxşayan pambıqla dolacaqdır.

          Pambıq yığılmını seyr edə-edə Həsən Əhmədova yaxınlaşdım. Keçən il hər hektardan 40 sentner məhsul götürdüyünü deyən fermer, bu il bu rəqəmin 45 sentner olacağında israrlıdır.

Çünki yevlaxlılar yenə də qururlar, yaradırlar. Özü də dayanmadan, həvəslə. Hələ çox ilklərimizin xəbərini verəcəyik.

Əminə Yusifqızı,

Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru