13 fevral 2019 12:07
167

“Total” CAR-da yeni kəşfə imza atıb

Fransanın “Total” enerji şirkəti Cənubi Afrika Respublikasında (CAR) yeni neft və qaz kəşfinə imza atıb.

“Total”ın həmin ölkədə qazdığı ilk dərinsulu quyunun potensialı çox yüksək qiymətləndirilir və istehlak edilən neftin çox hissəsini idxal edən CAR üçün bu böyük bir tapıntıdır.

“Biz “Brulpadda” kəşfinə görə çox sevincliyik. “Total” yeni “dünya səviyyəli” qaz və neft quyusu qazıb və çox yaxşı mövqeyi olan bu quyu vasitəsilə bir deyil, bir neçə yatağın potensialını öyrənmək mümkündür”,-deyə şirkətin kəşfiyyat üzrə vitse-prezidenti Kevin Maklaçlan bildirib.

Hazırda “Total” ərazidə üçölçülü seysmik tədqiqatlar həyata keçirməyi və daha dörd kəşfiyyat quyusu qazmağı planlaşdırır.

“Wood Mackenzie” araşdırma şirkəti CAR-dakı bu yeni neft və qaz regionunun ehtiyatının 1 milyard barrel həcmində olduğunu hesablayıb.