21 may 2019 17:54
300

Totti İtaliya futbolunun Şöhrət zalına daxil edilib

Uzun illər boyu İtaliya paytaxtının “Roma” futbol komandasının kapitanı olmuş Françesko Tottinin adı mayın 20-də İtaliya futbolunun Şöhrət zalı üzvlərinin siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Totti bu klubun belə şərəfə layiq görülmüş üçüncü oyunçusu olub. Ondan əvvəl Şöhrət zalı üzvlərinin siyahısına Amedeo Amadei və Gipo Vianinin adları daxil edilib.

Totti deyib: “Bu, mənim üçün gözəl gün idi. Məni belə mükafata layiq hesab etmiş insanların hamısına ürəkdən təşəkkür edirəm. Düşünürəm ki, 2006-cı ildə keçirilmiş dünya çempionatında qələbəmiz bu məsələdə həlledici rol oynayıb. Həmin qələbə bütün dünyada mənim nüfuzumu möhkəmlətdi”.

İtaliyalı Totti peşəkar karyerası ərzində həmişə “Roma”nın heyətində çıxış edib. O, iştirak etdiyi bütün turnirlərdə 785 matç keçirib, 307 qol vurub və qol ilə nəticələnmiş 129 ötürmə edib. Oyunçu yalnız bir dəfə - 2000/2001-ci illər mövsümündə İtaliya çempionu olub. Totti ölkənin yığma komandasında 59 görüş keçirib, bu oyunlarda 9 qol vurub və 2006-cı ildə dünya çempionu olub.