09 avqust 2019 20:01
232

Tovuzda iki tona yaxın çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, 2 tona yaxın çəkisi olan 2385 çətənə kolu aşkarlayıblar. Həmin çətənə kolları məhv edilib.