19 aprel 2019 18:13
1218

TPL: Bütün oyunlar eyni gündə

Topaz Premyer Liqasının XXVI turunun oyun cədvəli müəyyənləşdi. "İki sahil" PFL-ə istinadən xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçiriləcək. Aprelin 27-də (şənbə günü) keçiriləcək oyunların hamısı canlı yayımlanacaq

“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 16:30 (“CBC Sport”/canlı)

“Sabah” – “Keşlə”
“Əlincə Arena”, 17:00 

“Səbail” – “Qəbələ”
“ASCO Arena”, 17:30 (pfl.az/canlı)

“Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 19:00 (“CBC Sport”/canlı)