13 avqust 2020 11:29
959

"Trabzonspor"da növbəti transfer

“Trabzonspor” heyətinə yeni futbolçu cəlb edib.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun 23 yaşlı  müdafiəçisi Marlon Xavieri icarəyə götürüb. Braziliyalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 2017-ci ildən “Fluminense”nin futbolçusu olan M.Xavier son mövsümü icarə əsasında “Boavista”da keçirib və 27 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.