31 oktyabr 2020 14:24
891

"Trabzonspor"un baş məşqçisi istefaya göndərildi

Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssislə müqaviləyə xitam verilib.

Komandanın 2020/2021 mövsümündə uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib. Məsələ ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Super Liqasının VII turunda evdə "Kasımpaşa"ya 3:4 hesabı ilə uduzan "Trabzonspor" 5 xalla 18-ci pillədə qərarlaşıb.