18 oktyabr 2019 11:11
586

Tramp dünya liderlərini öz hotelinə aparacaq və...

10-12 iyun 2020-ci ildə ABŞ-da təşkil olunacaq G7 Liderlər Zirvəsi prezident Donald Trampın Mayamidəki hotelində keçiriləcək.

Publika.az xəbər verir ki, Ağ Ev rəsmisi Mik Mölvani mətbuat konfransında bu barədə danışıb.

O bildirib ki, növbəti sammitdə iqlim dəyişikliyi məsələsi gündəliyə daxil deyil.

Qeyd edək ki, Donald Tramp iqlim dəyişikliyi məsələsini uydurma hesab edir.

Dünyanın ən böyük 7 iqtisadiyyatını bir araya gətirən zirvəyə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada qatılır.