22 yanvar 2021 18:11
1115

Tramp indi nə işlə məşğul olur?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp səlahiyyət müddəti başa çatdıqdan sonra Floridadakı Mar-a-Laqo mülkünə uçub.

“İki sahil” “The Washington Examiner”ə istinadən xəbər verir ki, Floridada keçmiş prezidenti “Evə xoş gəldin” şüarları səsləndirən kütlə qarşılayıb.

Nəşrin yazdığına görə, ertəsi gün “Uest Palm Biç” qolf klubuna, ehtimal ki, Trampı müşayiət edən və pəncərədən içərisi görünməyən 12 avtomobil gəlib.

Xatırladaq ki, Donald Trump ötən ilin noyabr ayında keçirilmiş prezident seçkisində demokrat Cozef Baydenə məğlub olub və yanvarın 20-də Baydenin andiçmə mərasimi keçirilib.