14 may 2019 17:41
175

Trampdan Çinə qarşı NƏHƏNG QİSAS ADDIMI

ABŞ-ın idxal məhsullarına 25% gömrük vergisi tətbiq etməsindən sonra Çinin 60 milyard dollarlıq cavab reaksiyası gərginliyi pik həddə çatdırıb.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin istehsalı məhsullara 300 milyard dollar həcmində gömrük vergisi tətbiq edilməsi üçün rəsmi proses başladıb.

Qeyd edək ki, ABŞ Çindən idxal olunan məhsulların 200 milyard dollarlıq hissəsinin vergisini maın 10-dan etibarən 10%-dən 25%-ə qaldıracağını açıqlamışdı.