23 yanvar 2021 19:30
651

Trampın Ağ Evi tərk etməsindən sonra ilk açıqlaması

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünə yeni bir iş tapmaq niyyətində olduğunu, amma bunun sonra olacağını söyləyib.

“İki sahil" xəbər verir ki, Tramp bu haqda “Washington Examiner” nəşrinə Floridanın Palm Beach şəhərində yerləşən və özünə məxsus olan qolf-klubda məlumat verib.  Bundan sonra Trampın köməkçiləri jurnalistdən getməsini istəyiblər. Qəzet yazır ki, bu, keçmiş prezidentin səlahiyyət müddəti bitəndən sonra jurnalistlərə ilk açıqlamasıdır. Nəşrə yazır ki, Tramp son iki günü həmin qolf- klubda keçirib. Trampın köməkçilərindən biri deyib ki, keçmiş prezidentə bir qədər fasilə lazımdır: “Ümid edirik ki, o, sadəcə bir ay qolf oynayacaq, amma daim hərəkətdə olmalıdır".

“The Wall Street Journal” və digər bir sıra KİV-lər yazır ki, Tramp bu yaxınlarda tərəfdaşları ilə “yeni siyasi partiya” yaratmaq imkanlarını müzakirə edib. İddiaya görə o, yaradacağı partiyanı "Vətənpərvər Partiya" adlandırmaq istəyir. “Politico” qəzeti yazır ki, Tramp ətrafındakı insanlara 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyəti barədə danışıb.