15 mart 2020 11:40
815

Trampın koronavirus testinin cavabı açıqlandı

ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı analizinin nəticələri açıqlanıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, testin nəticəsi mənfi olub. Yəni ABŞ Prezidentində koronavirus aşkarlanmayıb. Onun səhhəti qaydasındadır, heç bir problemi yoxdur.