05 fevral 2019 13:59
255

“Troya” üç yüz nəfərlə Moskvaya gedir

Türkiyənin Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Troya” operası Moskvanın məşhur Böyük Teatrında nümayiş olunacaq.

Anadolu agentliyinin məlumatına görə, nümayiş “Rusiya - Türkiyə mədəniyyət və turizm ili” çərçivəsində reallaşacaq.

Aprelin 8-də rusiyalı teatrsevərlərə təqdim ediləcək səhnə əsəri bu teatrda nümayiş olunacaq ilk səhnə əsəri olacaq.

Operanın nümayişində 300 nəfərdən ibarət yaradıcı heyət iştirak edəcək. Bundan başqa, sözügedən səhnə əsərinin yaxın vaxtlarda Berlində də nümayişi nəzərdə tutulur.