25 iyun 2019 20:53
1182

Turistlərin Baykala girişi məhdudlaşdırıla bilər

Rusiya Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov bildirib ki, turistlər Baykalı zibillədiklərinə görə onların gölə girişi məhdudlaşdırıla bilər.

O deyib: “Baykalda sənaye tullantıları praktiki olaraq yoxdur. Lakin məişət tullantıları durmadan artır. Baykala milyonlarla turist gəlir, onların arasında vəhşi insanlar az deyil. Sahildə tonlarla zibil atılıb qalıb”.

AZƏRTAC “RİA Novosti”yə istinadla bildirir ki, İvanovun sözlərinə görə, Baykala giriş mühafizə olunan digər təbiət ərazilərinə olduğu kimi məhdudlaşdırıla bilər.

O deyib: “Gec-tez Baykala turist axınını məhdudlaşdırmaq lazım gələcək”.