15 oktyabr 2019 10:52
847

Türk futbolçuların bu kadrları efirə getmədi - VİDEO

Türkiyə millisinin Avro-2020-nin seçmə mərhələsində  səfərdə Fransa ilə görüşün (1:1)  82-ci dəqiqəsində vurduğu bərabərlik qolundan sonra gərgin anlar yaşanıb.

Qol.az-ın məlumatına görə, Türkiyə yığmasının futbolçusu Kaan Ayhan fərqləndikdən sonra bütün futbolçular əsgər salamı verərək tribunalara yaxınlaşıb. Lakin yerli rejissorlar həmin kadrları efirə verməyib.

Onların bu hərəkəti etirazlarla qarşılanıb.