13 iyul 2020 10:10
906

Türk hərbçi İraqın şimalında şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Kaplan” antiterror əməliyyatı zamanı terrorçularla hərbçilər arasında atışma olub.

AZƏRTAC Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, atışmada Türkiyə ordusunun bir hərbçisi şəhid olub, üç terrorçu məhv edilib.

Şəhid hərbçi Samsunda anadan olan piyada qoşunlarında xidmət göstərmiş çavuş Ethəm Dəmircidir.