19 may 2020 11:40
281

Türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür

Təklif edirəm ki, Azərbaycan xalqına qarşı hər hansı bir şəxsin sözü cinayət məsuliyyəti ilə ölçülsün, bununla bağlı tədbir görülsün.

Bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, milli sözünü də biabır edən "Milli Şura" dərnəyi keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsiz ifadələr səsləndirib:

“Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın qarşı pis ifadələr işlədiblər. Bunlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür, xalq bunları bəyənmir”. //Trend