20 yanvar 2021 08:00
535

Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası rəsmi "Tvitter" hesabında 20 Yanvar hadisəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edib.

"İki sahil"in məlumatına görə, paylaşımda qeyd edilir:

“Qara Yanvar olaraq bilinən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qətliam ilə əlaqədar Türk Şurası olaraq Vətənləri uğrunda canlarını fəda edən Azərbaycanın bütün qəhrəman övladlarını hörmətlə yad edir, əziz xatirələri önündə hörmətlə baş əyirik”.