06 oktyabr 2019 11:32
82

Türk Şurasının baş katibi Daşkənddə Özbəkistan Prezidenti ilə görüşüb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Daşkənd şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Türk Şurasının katibliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident Şavkat Mirziyoyev Türk Şurasının baş katibinin Özbəkistana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib.

Görüşdə təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyəti, perspektivdə olan məsələlər, qəbul olunan qərarların icra vəziyyəti və s. mövzular ətrafında səmərəli müzakirələr aparılıb.

Baş katib Bağdad Amreyev Özbəkistan dövlət başçısına oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri haqqında məlumat verib.