19 iyul 2019 12:14
1032

Türkiyə hərəkətə keçdi - QİSAS ƏMƏLİYYATI

İraqın Ərbil şəhərində türk diplomatının öldürülməsindən sonra Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Mahmur düşərgəsində aviazərbələr endirib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təşkilat üçün strateji nöqtələr vurulub.

Məlumata görə, Mahmurda PKK terrorçularına pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim verilirdi. Türk diplomatına hücum edən terrorçunun Mahmur düşərgəsindən təlimat aldığı və 4 dəfə düşərgəyə girib-çıxdığı bildirilir.

Xatırladaq ki, iyulun 17-də Ərbildə “Huqqabaz” restoranına təşkil edilən hücumda Türkiyə Baş konsulluğunun əməkdaşı Osman Köse öldürülüb.