06 fevral 2019 18:52
316

Türkiyə hökuməti: Fransanın bu addımı cavabsız qalmayacaq

"Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq.

"İki sahil" xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə Fransa prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Müsahibin sözlərinə görə, Fransanın bu cür açıqlamaları Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsə də, Ankara bu təxribatçı addıma sərt cavab verəcək.

Mənbə onu da qeyd edib ki, bu cür açıqlamalarla Fransa tərəfi özünün demokratiyaya sadiqliyini nümayiş etdirmək istəyir:

"Əsassız iddiaları inkarolunmaz fakt kimi qəbul etməklə Paris demokratik dəyərlərə zidd olan ikili standartlara sadiqliyini göstərir".