23 fevral 2020 21:00
1607

Türkiyə İranla gömrük-keçid məntəqələrini bağlayıb

Türkiyə tərəfi koronavirus təhlükəsi səbəbindən İranla gömrük-keçid məntəqələrini müvəqqəti bağlayıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, İranla sərhədin bağlanması ölkənin koronavirus üzrə Səhiyyə Elmi Təşkilatının qərarıdır.

Qeyd edək ki, Türkiyə ilə İran arasında Ağrıda Gürbulak, Vanda Kapıköy və Hakkaridə Əsəndərə gömrük-keçid məntəqələri mövcuddur.

Rəsmi məlumatlara görə, hazırda İranda koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb, yoluxma hallarının səkkizi ölümlə nəticələnib.