27 iyul 2020 20:14
289

Türkiyə-İspaniya əlaqələrinə dair müzakirələr aparılıb

İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri xanım Aransasu Qonsales Laya Türkiyəyə səfər edib.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ispaniyalı həmkarı ilə Ankarada görüşüb. Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Diqqətə çatdırılıb ki, Türkiyə və İspaniya arasında iqtisadi və ticarət əlaqələri dinamik inkişafdadır. Tərəflər mövcud ticarət dövriyyəsini 12 milyard avrodan 20 milyarda yüksəltməyi hədəfləyirlər. Gələn il Türkiyə və İspaniya arasında İş Dünyası Forumunun keçirilməsi planlaşdırılır.

Nazir Mövlud Çavuşoğlu çıxışında gündəlikdə olan məsələlər, o cümlədən Ayasofiya məscidi ilə bağlı fikir və mülahizələrini bölüşərək diqqətə çatdırıb ki, hər kəs Türkiyənin ölkədaxili məsələlərdə aldığı qərara hörmətlə yanaşmalıdır. Türkiyəyə qarşı təhdid və həqarət hərəkətləri yolverilməzdir. //AZƏRTAC