11 may 2019 17:46
94

Türkiyə KİV-ləri ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı geniş məlumatlar yayıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində geniş məlumatlar yayılıb.
Məlumatlarda türkdilli oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan xalqının xilaskar oğlunun doğum günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, dövlət və hökumət nümayəndələri Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Ölkə vətəndaşları böyük bir sevgi ilə kütləvi şəkildə Fəxri xiyabana axın edərək Ulu Öndərə ehtiram göstəriblər. Bu barədə informasiya yayan KİV-lər xəbərləri çoxsaylı foto və videomateriallarla təqdim ediblər.
Aparıcı xəbər agentliklərində, televiziya kanallarında və qəzetlərdə yayılan məlumatlarda, həmçinin Türkiyədə keçirilən mərasimlərə dair informasiyalar yer alıb. Mövzu ilə bağlı yayılan xəbərlərlə www.trthaber.com, www.trtavaz.com.tr, www.star.com.tr, www.yeniakit.com.tr,www.turkiyegazetesi.com.tr, www.haberturk.com, www.haber3.com, www.habererk.com və s. saytlarda tanış olmaq mümkündür.