11 oktyabr 2019 14:49
113

Türkiyə ordusu Suriyada 342 terrorçu zərərsizləşdirib

“Barış pınarı” (“Barış bulağı”) antiterror əməliyyatı nəticəsində indiyədək 342 terrorçu zərərsizləşdirilib”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

“Əməliyyat planlaşdırdığmız kimi uğurlar davam edir”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.