29 yanvar 2019 18:10
227

Türkiyə ordusunun generalı həbs olunub

Türkiyənin Əskişəhər Birləşmiş Hava Hərəkət Mərkəzinin komandanı general Özkan Edip Akgülay FETÖ/PDY terror təşkilatı ilə əlaqədə ittiham olunaraq həbs edilib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, təqaüdə çıxmaq üçün müraciət edən generalla aparılan sorğu-sual zamanı onun FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrində yerləşdirdiyi üzvləri ilə əlaqəsi sübut olunub. O, Diyarbəkir Baş Prokurorluğunun qərarı ilə həbs edilib.