16 may 2019 18:23
863

Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb

Birinci rübdə Türkiyənin Rusiyadan idxal etdiyi təbii qazın həcmi ötən ilin eyni dövrünə görə 43 faiz azalaraq 4,5 milyard kubmetr olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”un məlumatında deyilir.

Qeyd edək ki, Türkiyə keçən ilin ilk rübündə Rusiyadan 7,9 milyard kubmetr qaz idxal etmişdi.

Beləliklə, cari ilin 3 ayında Türkiyənin Rusiyadan təbii qaz idxalı 2010-cu ilin ilk rübündəki - 4,3 milyard kubmetrlik göstəricidən sonra ən aşağı səviyyəyə enib.