03 iyun 2020 16:55
1039

Türkiyə sərhəd keçid məntəqələrini açır

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyənin müvəqqəti bağlanan Habur (İraq) və Gürbulak (İran) sərhəd keçid məntəqələri cari ay ərzində açılacaq. “İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan bildirib. Nazir iyundan etibarən xəstəliyin yoluxma səviyyəsinin aşağı düşməsi ilə birlikdə ticarət sahəsində də canlanmanın gözlənildiyini deyib. Qeyd edib ki, post-pandemiya dövründə yerli valyuta ilə ticarət ön plana keçəcək. Bununla bağlı artıq danışıqlar aparılır.