Türkiyə Silahlı Qüvvələri terror tәşkilatı PKK-ya qarşı növbəti əməliyyat keçirib.
Bu barədə Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb.
Mәlumatda bildirilir ki, antiterror əməliyyatı İraqın şimalındakı Hakurk bölgәsindә həyata keçirilib.
Əməliyyat zamanı terrorçulara aid mağara vә sığınacaqlar mәhv edilib.