08 avqust 2019 11:42
61

Türkiyə Superkubokunun qalibi bəlli oldu

Türkiyə Superkubokunun qalibi müəyyənləşib. 

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, ötən mövsümü “qızıl dubl”la başa vuran “Qalatasaray” və Türkiyə Kubokunun finalçısı “Akhisarspor” qarşılaşıb.
 
Ankarada keçirilən oyunda “Qalatasaray”  Yunus Belhandanın qolu ilə (38-ci dəqiqə) 1:0 qalib gələrək növbəti titulunu qazanıb.
 
Qeyd edək ki, "Qalatasaray" tarixində 6-cı dəfə Superkubokun qalibi olub.