27 iyul 2020 10:35
790

Türkiyə Superliqasına yekun vurulub

İyulun 26-da futbol üzrə Türkiyə çempionatının 2019-2020-ci il mövsümünün sonuncu qarşılaşmasında "Başakşəhər" səfərdə "Kasımpaşa"nın qonağı olub.

Maraqlı keçən qarşılaşmada qonaqlar meydan sahiblərinə 3:2 hesabı ilə məğlub olublar.

Türkiyə çempionatında yekun nəticələrə görə çempion olan "Başakşəhər" və ikinci olan "Trabzonspor" komandaları UEFA Çempionlar Liqasında mübarizə aparacaqlar. Üçüncü olan "Beşiktaş" və dördüncü pillədə qərarlaşan "Sivasspor" klubları isə Avropa Liqasına vəsiqə qazanıblar. Sonrakı yerlərdə "Alanyaspor" (57 xal),"Qalatasaray" (56 xal), "Fənərbağça" (56 xal) və digər komandalar gəlir. Superliqa ilə vidalaşan klublar sırasında isə "Yeni Malatyaspor" (32 xal), "Ankaragücü" (32 xal) və "Kayserispor" (32 xal) komandaları var.

Qeyd edək ki, çempionatda cari mövsümün bombardiri "Trabzonspor" klubunun hücumçusu Aleksandr Sorlot olub. Norveçli hücumçu bu mövsüm Superliqada 24 qol vurub və 8 məhsuldar ötürmə edib.