01 fevral 2019 19:40
127

Türkiyə Suriya ilə sərhəddə səhra hospitalı qurur

Türkiyə tərəfi Suriya ilə sərhəddə yerləşən Gaziantəp vilayətinin Karkamış rayonu ərazisində səhra hospitalı qurmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin himayəsi altında qurulan hospital çadırlardan ibarət olacaq. Bildirilir ki, hospital iki günə tam istifadəyə veriləcək.