08 sentyabr 2019 11:11
96

Türkiyə və ABŞ-ın quru qoşunları birgə antiterror əməliyyatına başlayıb

Türkiyə və ABŞ-ın quru qoşunlarından ibarət birliklər Suriya ərazisində Fərat çayının şərqində birgə antiterror əməliyyatına başlayıb.

AZƏRTAC xəbər verir ki, ağır texnika, o cümlədən tank və toplardan ibarət qoşun birləşmələri iki ölkənin silahlı qüvvələrinin ali komandanlarının təmsil olunduğu Türkiyənin Şanlı Urfa bölgəsində fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzindən idarə olunur. Əldə olunmuş razılığa əsasən Suriya ərazisində Türkiyə ilə sərhəd boyunca təhlükəsizlik zonası yaradılmalıdır.