14 fevral 2020 18:03
451

Türkiyə və Yunanıstan hərbiçiləri Afinada görüşəcəklər

Türkiyənin və Yunanıstanın hərbi nümayəndə heyətləri fevralın 17-21-də Afinada danışıqlar aparacaqlar.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın NATO-nun Brüsseldəki toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panayotopulos ilə görüşündə razılığa gəlinib.

Bu, iki dövlət arasında sayca üçüncü belə görüş olacaq. Görüşlərin əsas məqsədi qarşılıqlı etimadın artırılmasıdır. Müzakirələr çərçivəsində iki ölkənin hərbiçiləri arasında dialoq kanallarının daim açıq saxlanılmasının əhəmiyyəti vurğulanıb.