06 avqust 2020 20:35
1093

Türkiyə XİN-dən sərt bəyanat

Misir və Yunanıstan arasında imzalanan saziş Türkiyə üçün etibarsızdır

 

Türkiyə dəniz sərhədlərinin demarkasiyası və istisna iqtisadi zonanın yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişi tanımır.

Bu barədə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur. Bu gün dəniz sərhədlərinin demarkasiyası haqqında imzalanan qondarma saziş bizim üçün etibarsızdır. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir”, - deyə Türkiyə XİN-in yaydığı sənəddə bildirilir.