22 yanvar 2021 00:00
607

Türkiyə XİN-i məmnundur

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı açıqlama yayıb.

“İki sahil”in məlumatına görə, razılaşmanı məmnuniyyətlə qarşılayan rəsmi Ankara bəyan edib ki, bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini istəyirik: “Bu anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzu edirik” .