25 sentyabr 2020 21:51
830

Türkiyədə 1665 yeni yoluxma

Türkiyədə son 24 saat ərzində daha 73 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

“İki sahil”in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 858 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1665 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 311 455 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 318 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 273 282 nəfər təşkil edir.