24 iyun 2020 17:53
455

Türkiyədə 2 günlük sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq

Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı risklərin aradan qaldırılması məqsədilə daha iki günlük sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq. “İki sahil” xəbər verir ki, qərara əsasən ali məktəblərə qəbul imtahanı keçirilən günlər - iyunun 27-də yerli vaxtla saat 09.30-dan 15.00-dək, ertəsi gün isə saat 09.30-dan 18.30-dək evdən çıxmağa məhdudiyyət elan olunub. Qeyd edək ki, bundan əvvəlki sərtləşdirilmiş karantin rejimi liseylərə qəbul imtahanı keçirilən gün - iyunun 20-də yerli vaxtla saat 9.00-dan 15.00-dək tətbiq olunmuşdu.