20 sentyabr 2020 12:01
627

Türkiyədə 23 hərbçi karantinə alınıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası riskinə görə, 23 hərbçi karantinə alınıb.

Afyonkarahisardakı hərbi komissarlığında xidmət edən hərbiçilərdən ikisində koronovirus infeksiyası aşkar edilib. Onların təmasda olduqları digər 23 hərbçinin xidməti dayandırılıb. Hərbçilərin “Tınaztepe” tələbə yataqxanasına yerləşdirildikləri bildirilir. //AZƏRTAC