16 iyun 2019 17:31
1131

Türkiyədə 8 terrorçu zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən 8 terrorçudan ikisi axtarışda olub.

AZƏRTAC-ın verdiyi məlumata görə, məhv edilən terrorçuların şəxsiyyətləri müəyyənləşdirilərkən məlum olub ki, öldürülənlərdən biri "Sarya" ləqəbli Emine Toy, digəri isə "Baran" ləqəbli Yılmaz Begiçdir. Hər iki terrorçunun adı Daxili İşlər Nazirliyinin müəyyən etdiyi təhlükəli terrorçular siyahısında olub.