10 avqust 2020 12:38
546

Türkiyədə ciddi koronavirus tədbirləri tətbiq olunacaq

Sabahdan başlayaraq Türkiyədə yeni növ koronavirusla (COVID-19) əlaqədar ölkə boyu ciddi mübarizə tədbirləri tətbiq olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Nazir ötən həftə də bu cür tədbirlərin tətbiq edildiyini qeyd edib.